Viagra Professional Viagra Jelly cialis online kopen Levitra Soft viagra voor vrouwen Viagra Soft Kamagra Jelly Cialis kopen cialis kopen belgie cialis prijs belgie Cialis Professional Cialis Super Activen Levitra Professional Viagra kopen dapoxetine kopen Priligy kopen Cialis Daily Viagra Super Active Kamagra Gold Propecia kopen
Çınqıllar - Məhsullar və xidmətlər - Aztikintiyol
Çınqıllar

Çınqıl məhsulları

Çınqıl zavodlarımız fərdi ev sahibləri üçün, yolun tikintisi kimi irihəcmli layihələrdən tutmuş kiçik həcmli layihəyə qədər yüksək keyfiyyətə malik çınqıl məhsullarını istehsal edir.

Aztikintiyol şirkəti istənilən müştərinin tələbinin yerinə yetiriləcəyinə zəmanət verən müxtəlif növlü və ölçülü süxurları tədarük edir. Layihə tələblərinizi reallaşdırmaq üçün, Aztikintiyol şirkətinin yüksək keyfiyyətli inşaat məhsullarını, o cümlədən Çay Yatağı Materiallarını, Karxana Qumu və Qranit ( Bərk Süxur) istehsal edən, ildə 10 milyon tondan çox Çınqıl istehsalı gücünə malik olan Karyerlər və Qumla işləmə qurğusu fəaliyyət ölkə daxilində fəaliyyət göstərir.

Müştərilərimizə aşağıdakı məhsulları təklif edirik:

  • Tək ölçülü və Dənəvər şəkilli çınqıl
  • Doğranmış materiallar və Yol örtüyünün əsasları
  • Qum
  • Süxur
  • Doldurma Materialları
  • Tək ölçülü Qranit və Dənəvərli Qranit Çınqılları

Çınqıl daşı

Aztikintiyol şirkəti 2 müxtlif növ çay daşları hazırlayır:

  • Çay daşı

Bu növ çınqıl daşı qranul və buzlaq daşı ölçüsündə olmaqla, ümumi hissəciyin ölçüsünə malik konsolidə edilməmiş qaya parçalarından ibarətdir. Ölçülər müştərinin hazırkı spesifikasiyalarından asılı olur və işin tələblərinə uyğun olaraq dəyişilir. Tələb olunan ölçülərə və spesifikasiyalara cavab vermək üçün çınqıl parçalanır və çeşidlərə ayrılır.

  • Qranit çınqıllar

Şəmkir rayonundan əldə edilən bu çınqıl daşı çay daşından daha davamlı, bərk və sürtünməyə qarşı nisbətən az müqavimətə malik qranit daşıdır. Bu isə öz növbəsində daha az yastılıq göstəricisi həmçinin şaxtaya davamlı olması sayəsində Asfalt və Betonda istifadə edilərkən təkmilləşdirilmiş fəaliyyət təmin edir. Bu, həmçinin yüksək möhkəmliyə malik beton üzrə istifadə edilən ən yaxşı çınqıl daşıdır.

Material qazılaraq və daha sonra dağın partladılması vasitəsi ilə əldə edilmiş, özü boşaldan yük avtomobili vasitəsi ilə daşdoğrayan maşına daşınaraq daha sonra ayrı-ayrı fraksiyaları əldə etmək üçün doğranıb və ayrılıb.

Təbii və Emal olunmuş qumlar

Çınqıl terminologiyasında qum, “xırda doldurucu” mənasını verir. Xırda doldurucu şkalası daxilində qumun Təbii qum və Emal olunmuş qum kimi 2 təsnifatı mövcuddur.

  • Təbii qum

Adından da göründüyü kimi təbii qum təbii olaraq yaranan materialdır və müəyyən müddət ərzində süxurun dağılma və aşınması nəticəsində yaranır. Təbii qum, əhəng və beton məhsullarında istifadə etmək üçün onları yararlı edən dairəvi və hamar hissəciklərdən ibarətdir.

  • Emal olunmuş qum

Emal olunmuş qum, süxurun hərəkəti və çınqılın dağılması nəticəsində istehsal olunan incə süxur hissəciklərindən ibarətdir. İstehsal olunmuş qum sementləmə qabiliyyətinə əsasən daha böyük təbii davamlılığa malik olan sivri və hamar olmayan hissəciklərdən ibarətdir.